SON XƏBƏRLƏR

WSJ: ABŞ təzyiqləri fonunda Çin və Rusiyanın İrana dəstəyi məhdud qalır

2026.02.23, 13:54
WSJ: ABŞ təzyiqləri fonunda Çin və Rusiyanın İrana dəstəyi məhdud qalır

İranın Çin və Rusiya ilə daha sıx hərbi əlaqələr qurmaq cəhdləri ABŞ-ın artan təzyiqi fonunda məhdud nəticə verir.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" bazar günü məlumat yayıb.

Qəzet yazır ki, Pekin və Moskva Tehranla iqtisadi və diplomatik əlaqələri gücləndirsə də, əgər ABŞ prezidenti Donald Tramp İrana zərbələr endirmək qərarı versə, birbaşa hərbi yardım göstərməyə az meyllidirlər.

Məlumatda qeyd olunur ki, Rusiya ilə İran Oman körfəzində kiçik miqyaslı dəniz təlimləri keçirib, Çinlə də birgə təlim planlaşdırılır. Lakin bu güc nümayişinin bölgədə ABŞ-ın hərbi qüvvələrinin artırılması ilə müqayisədə məhdud olduğu vurğulanır.

Qəzetin istinad etdiyi analitiklər bildiriblər ki, həm Çin, həm də Rusiya İran uğrunda Vaşinqtonla qarşıdurmaya getmək ehtimalı azdır və onların Tehranla münasibətləri daha çox praqmatik və maraqlara əsaslanan xarakter daşıyır, hərbi müttəfiqlik öhdəliyi kimi qiymətləndirilmir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar