SON XƏBƏRLƏR

İranı tərk edin - Hindistan səfirliyi çağırış etdi

2026.02.23, 14:59
İranı tərk edin - Hindistan səfirliyi çağırış etdi

ABŞ-İran arasında gərginliyin artması və İrana hücum ehtimalının güclənməsi ilə eyni vaxtda Hindistanın  Tehrandakı səfirliyi yeni bildiriş yayıb.

Gunaz.tv

Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Bildirişdə mövcud vəziyyəti nəzərə alaraq, İrandakı Hindistan vətəndaşları mümkün olduqda kommersiya uçuşları və digər mövcud marşrutlar vasitəsilə İranı tərk etməyə çağırılıblar.

Həmçinin Hindistan vətəndaşlarına toplantılardan və etirazlardan çəkinmələri, şəxsiyyət və səyahət sənədlərini özləri ilə götürmələri və səfirliklə daim əlaqə saxlamaları tövsiyə olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar