SON XƏBƏRLƏR

Pentaqonun keçmiş rəsmisi: ABŞ İran əleyhinə “yüksək intensivlikli” hərbi kampaniyaya hazırdır

2026.02.23, 14:56
Pentaqonun keçmiş rəsmisi: ABŞ İran əleyhinə “yüksək intensivlikli” hərbi kampaniyaya hazırdır

ABŞ Yaxın Şərqdə qüvvələrinin əhəmiyyətli şəkildə artırılmasından sonra İran əleyhinə “yüksək intensivlikli” hərbi kampaniya aparmaq iqtidarındadır.

Gunaz.tv

Bunu Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi Dana Stroul "Fox News"a bildirib.

Stroul, hazırda Vaşinqtonda yerləşən Yaxın Şərq Siyasəti İnstitutunda tədqiqat direktoru kimi fəaliyyət göstərir.

“Prezident Tramp belə bir qərar versə, ABŞ ordusu uzunmüddətli və yüksək intensivlikli hərbi kampaniya aparmağa hazırdır. Eyni zamanda ABŞ Yaxın Şərqdəki müttəfiqlərini və tərəfdaşlarını İranın raketlərindən qorumağa da hazırdır.” - deyə o bildirib.

Onun sözlərinə görə, iki təyyarədaşıyan gəminin — "USS Gerald R. Ford" və "USS Abraham Lincoln" — bölgəyə göndərilməsi, eləcə də əlavə esmineslərin, qırıcı təyyarələrin, yanacaq doldurma təyyarələrinin və hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi ABŞ-ın hücum və müdafiə imkanlarını 2025-ci ilin iyun ayında baş vermiş 12 günlük savaş dövrü ilə müqayisədə daha da genişləndirib.

Stroul bildirib: “Məsələ hərbi hazırlıq deyil, siyasi qərardır.”

O əlavə edib ki, hər hansı hərbi əməliyyatın başlanması Prezident Donald Trampın əmrlərindən asılı olacaq.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar