SON XƏBƏRLƏR

Rubio: İranın raketlər məsələsini üzakirə etməməsi böyük problemdir

2026.02.26, 11:42
Rubio: İranın raketlər məsələsini üzakirə etməməsi böyük problemdir

ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü xəbərdarlıq edib ki, İran raket proqramı ilə bağlı danışıqlara getməlidir.

Gunaz.tv

Bu açıqlama Prezident Donald Trampın Tehranın ABŞ-ı vura biləcək raketlər üzərində işlədiyini iddia etməsindən bir gün sonra səsləndirilib.

“Deyərdim ki, İranın ballistik raketləri müzakirə etmək istəməməsi çox, çox ciddi problemdir,” – deyə Rubio ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar ərəfəsində jurnalistlərə bildirib.

Bununla belə, Rubio Cenevrədə keçiriləcək danışıqların ABŞ-ın İrana hücum edib-etməməsi ilə bağlı həlledici məqam olub-olmayacağını konkret şəkildə ifadə etməkdən yayınıb.

“Prezident diplomatik həll yolları istəyir. O, bunlara böyük üstünlük verir,” – deyə Rubio Karib hövzəsində yerləşən Sent-Kits və Nevis dövlətinə səfəri zamanı bildirib.

Danışıqlarla bağlı isə o qeyd edib: “Ümid edirik ki, məhsuldar olacaq, amma sonda biz yalnız nüvə proqramından daha geniş məsələləri müzakirə etməli olacağıq.”

İrana mümkün zərbə barədə suala cavab olaraq Rubio deyib: “Prezident bununla bağlı hələ qərar verməyib. Ona görə də cümə axşamının həlledici tarix olub-olmadığını bilmirəm. Düşünürəm ki, irəliləyiş əldə olunmalıdır.”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar