SON XƏBƏRLƏR

Yeni hesabat: İran lideri 4 min nəfərlik gizli şəbəkə ilə “dövlət içində dövlət” qurub

2026.02.27, 06:13
Yeni hesabat: İran lideri 4 min nəfərlik gizli şəbəkə ilə “dövlət içində dövlət” qurub

Gunaz.tv

Yeni bir hesabatda iddia olunur ki, İranda real hakimiyyət rəsmi hökumətdə deyil, Ali liderin ofisi daxilində fəaliyyət göstərən gizli bir şəbəkənin əlindədir.

Fox News-un məlumatına görə, United Against Nuclear Iran tərəfindən yayımlanan “Beytin ifşası” adlı hesabatda bildirilir ki, “Beyt” adlanan struktur ölkədə “dövlət içində dövlət” kimi fəaliyyət göstərir.

Hesabata əsasən, təxminən 4 min nəfər bu mərkəzi şəbəkədə çalışır və on minlərlə şəxs ordu, iqtisadiyyat, dini qurumlar və dövlət strukturlarında bu sistemə bağlı şəkildə fəaliyyət göstərir. Qərarların, o cümlədən nüvə proqramı və təhlükəsizlik məsələlərinin əsas nəzarəti də bu ofisin əlindədir.

Hesabatda həmçinin Müctəba Xameneinin roluna toxunulur və bildirilir ki, o, atasının ofisi daxilində əsas fiqurlardan biridir və adeta “kiçik lider” kimi fəaliyyət göstərir.

Sənəddə vurğulanır ki, “Beyt” İranda hakimiyyət piramidasının zirvəsində dayanır və hətta rəsmi hökumət və SEPAH-dan da yuxarı mövqedə qiymətləndirilir.

Bu açıqlamalar, Əli Xameneinin səhhəti və ictimaiyyət qarşısında görünməsinin azalması ilə bağlı yayılan iddialar fonunda dərc olunub.
Ama, bu struktur Ali lider fiziki olaraq səhnədə olmasa belə, hakimiyyətin davamlılığını təmin edəcək şəkildə qurulub.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar