SON XƏBƏRLƏR

Vaşinqton–Tehran gərginliyi fonunda iraqlı terror qruplaşması döyüş hazırlığına keçdi

2026.02.27, 20:45
Vaşinqton–Tehran gərginliyi fonunda iraqlı terror qruplaşması döyüş hazırlığına keçdi

Gunaz.tv

"Agence France-Presse" xəbər verir ki, İranın dəstəklədiyi iraqlı silahlı qruplaşma ABŞ ilə İran arasında mümkün müharibə ssenarisi fonunda qüvvələrini hazır vəziyyətə gətirib.

Məlumata görə, “Kataib Hizbullah” üzvlərinə ABŞ tərəfindən hücumların başlanacağı təqdirdə uzunmüddətli regional qarşıdurmaya hazır olmaları tapşırılıb. Qruplaşmanın komandiri ehtimal olunan toqquşma zamanı Tehranın yanında yer alacaqlarını bəyan edib və Vaşinqtonun təhdidlərinin bölgədə eskalasiyanı artırdığını bildirib.

ABŞ sanksiyalarına məruz qalan bu qrup ötən il İsrail ilə İran arasında baş vermiş 12 günlük müharibə zamanı birbaşa müdaxilə etməsə də, yeni müharibə başlayacağı halda hərəkətə keçə biləcəyini açıqlayıb.

“Kataib Hizbullah” (ərəb. Katāib Hizbullah fi’l-İraq) İraqda fəaliyyət göstərən şiə silahlı qruplaşmasıdır və “Həşdi Şəbi”nin tərkib hissəsidir. Qrupun İran tərəfindən maliyyə və hərbi dəstək aldığı bildirilir. O, 2003–2011-ci illərdə İraqda ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinə qarşı silahlı fəaliyyət göstərib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar