SON XƏBƏRLƏR

İddia: Əli Xameneinin müşaviri öldürülüb

2026.02.28, 14:50
İddia: Əli Xameneinin müşaviri öldürülüb

Gunaz.tv

Bəzi İsrail mediası, o cümlədən Kanal 12 televiziyası iddia edib ki, bu gün səhər Tehrana endirilən zərbələr zamanı İran rəhbərinin müşaviri Əli Şəmxani hədəfə alınıb.

Həmçinin AxiosNews18 kimi Qərb mənbələri İsrailin təhlükəsizlik qiymətləndirmələrinə istinadən bildiriblər ki, Şəmxaninin hücumlar nəticəsində öldürülmüş və ya ağır yaralanmış ola biləcəyi ehtimal edilir. Lakin bu iddialar indiyədək İranın rəsmi qurumları tərəfindən nə təsdiq, nə də təkzib edilib.

Hazırda İran rəsmilərindən Şəmxaninin vəziyyəti ilə bağlı heç bir rəsmi açıqlama verilməyib və onun adı hər hansı rəsmi itki siyahısında yer almayıb.

Qeyd edək ki, bundan əvvəl – 1404-cü ilin xordad ayında (iyun 2025) baş verən hücumdan sonra da Şəmxaninin öldürüldüyü barədə şayiələr yayılmış, lakin sonradan bu məlumatın doğru olmadığı məlum olmuş və o, ictimaiyyət qarşısına çıxmışdı.

Hazırda Əli Şəmxaninin vəziyyəti naməlum olaraq qalır və yayılan xəbərlər hələlik yalnız media iddiaları səviyyəsindədir.

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar