SON XƏBƏRLƏR

Laricani: Ölkədə Müvəqqəti Liderlik Şurası yaradılır

2026.03.01, 11:16
Laricani: Ölkədə Müvəqqəti Liderlik Şurası yaradılır

İran bu gün Müvəqqəti Liderlik Şurası yaradacaq.

Gunaz.tv

Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ərdəşir Laricani deyib.

“Liderlik Şurasının yaradılması üçün hazırlıq işləri başa çatıb”, - o bildirib.

Xatırladaq ki, Əli Xamənei bir neçə gün əvvəl səlahiyyətlərinin bir hissəsini Laricaniyə həvalə etmişdi.

Qeyd edək ki, İranın rəhbəri Əli Xaməneinin ölümündən sonra ölkəyə müvəqqəti olaraq Prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanı Qoruyanlar Şurasının üzvlərindən birinin rəhbərlik edəcəyi ilə bağlı məlumat yayılmışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar