SON XƏBƏRLƏR

Tehran–Vaşinqton qarşıdurması: Müharibənin sonu üçün üç mümkün ssenari

2026.03.01, 18:28
Tehran–Vaşinqton qarşıdurması: Müharibənin sonu üçün üç mümkün ssenari

Gunaz.tv

Yaxın Şərqdə hərbi gərginliyin kəskin artması fonunda İran və ABŞ arasında müharibənin necə başa çata biləcəyi ilə bağlı üç əsas ssenari müzakirə olunur. 

Analitiklərin qiymətləndirməsinə görə,
- Birinci variant hərbi təzyiqlərin davamı nəticəsində İranda siyasi sistemin çökməsi və Vaşinqtonun birtərəfli qələbə elan etməsidir. Lakin bu ssenari ölkədaxili xaos və uzunmüddətli sabitsizlik riski yaradır.

- İkinci ssenari İranın müqavimət göstərərək qarşı tərəf üçün siyasi və iqtisadi xərcləri artırması və nəticədə məhdud razılaşmaya nail olunmasıdır. 

- Üçüncü variant isə tərəflərin zəif etimad şəraitində yenidən danışıqlara qayıtmasıdır.

Ekspertlər bildirirlər ki, regiondakı mürəkkəb geosiyasi balans səbəbindən istənilən ssenari ciddi risklər və uzunmüddətli nəticələr vəd edir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar