SON XƏBƏRLƏR

Ankara Riyadın yanında yer aldı – Ərdoğandan sərt mövqe

2026.03.02, 00:44
Ankara Riyadın yanında yer aldı – Ərdoğandan sərt mövqe

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda artan hərbi gərginlik fonunda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.

Riyaddan yayılan rəsmi məlumata görə, Ərdoğan İranın Səudiyyə Ərəbistanına qarşı addımını “təcavüzkar hərəkət” kimi qiymətləndirərək bunu qəti şəkildə pisləyib. Türkiyə tərəfi Krallığın suverenliyi və sabitliyinə zidd istənilən addıma qarşı olduqlarını bəyan edib.

Danışıqlar zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Ərdoğan Türkiyənin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımlara dəstəyini vurğulayıb.

Ankaranın bu açıq mövqeyi bölgədə formalaşan yeni siyasi düzən və artan gərginlik şəraitində diqqət çəkir.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar