SON XƏBƏRLƏR

Əli Laricani Amerikaya danışıq təklif edib?

2026.03.02, 08:33
Əli Laricani Amerikaya danışıq təklif edib?

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a İranın nüvə məsələsi ilə bağlı danışıqları bərpa etməyi təklif edib.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təklif rəsmi Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatının başlamasından sonra danışıqlarda vasitəçi kimi çıxış edən Oman vasitəsilə çatdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamaq istədiyini bəyan edib.

Məlumatın yayılmasından bir neçə saat sonra Əli Laricani özünün sosial media hesabında ərəb dilində etdiyi paylaşımda "Amerika ilə heç bir danışıq aparmayacayıq" məzmunlu paylaşım edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar