SON XƏBƏRLƏR

İranda polis qüvvələrinə silahlı hücum- Ölən və yaralananlar var öldürüldü

2026.03.04, 13:49
İranda polis qüvvələrinə silahlı hücum- Ölən və yaralananlar var öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 1 polis əməkdaşı həlak olub, üçü isə yaralanıb.

Hücumun məsuliyyətini "Xalq Müqavimət Cəbhəsi" öz üzərinə götürüb.

Qurumun yaydığı bəyanatda, həmçinin polis qüvvələrinə silahlarını yerə qoymaq tövsiyə olunub:

"Bu həlledici günlərdə sağ qalmaq və zərər görməmək üçün silahları yerə qoyun və xalqa təslim olun".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar