SON XƏBƏRLƏR

ABŞ: İranın dəniz və hava qüvvələri faktiki olaraq sıradan çıxarılıb

2026.03.05, 00:12
ABŞ: İranın dəniz və hava qüvvələri faktiki olaraq sıradan çıxarılıb

Gunaz.tv

Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ABŞ indiyədək İranın 20-dən çox hərbi gəmisini məhv edib.

Gunaz.tv xəbər verir ki, Levitt keçirdiyi brifinqdə deyib: “Bu ana qədər 20-dən artıq İran gəmisini, o cümlədən onların ən müasir sualtı qayığını dünən gecə torpedo ilə batırmışıq. Bu, İkinci Dünya müharibəsindən bəri ABŞ-ın düşmən gəmisini birbaşa torpedo ilə məhv etdiyi ilk haldır”.

Eyni zamanda ABŞ Müdafiə Nazirliyi yaydığı bəyanatda bildirib ki, dəniz əməliyyatları regionda həyata keçirilən genişmiqyaslı hərbi plan çərçivəsində icra olunub və “İranın dəniz qüvvələrinin imkanları ciddi şəkildə zəiflədilib”.

Levitt əlavə edib ki, hazırda  “körfəz, Hörmüz boğazı və Oman dənizində hərəkətdə olan heç bir İran gəmisi yoxdur”.

ABŞ-ın müdafiə naziri Pit Heqset də açıqlamasında İranın hava qüvvələrinin faktiki olaraq fəaliyyət qabiliyyətini itirdiyini iddia edib. Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra formalaşmış bu qüvvə 2026-cı ildə tamamilə sıradan çıxarılıb.

Heqset bildirib ki, mövcud vəziyyəti “tam darmadağın edilmə, məhv edilmə və ya məğlubiyyət” adlandırmaq olar və nəticənin dəyişmədiyini vurğulayıb. O, əlavə edib ki, bu hadisə simvolik baxımdan “Qasım Süleymaninin yenidən ABŞ prezidenti tərəfindən zərərsizləşdirilməsi” ilə müqayisə edilə bilər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar