SON XƏBƏRLƏR

Türkiyə sahillərində pilotsuz uçuş aparatının qalıqları tapıldı (video)

2026.03.09, 16:48
Türkiyə sahillərində pilotsuz uçuş aparatının qalıqları tapıldı (video)

Gunaz.tv

Türkiyə mediasının yaydığı məlumata görə, Sakarya vilayətinin Karasu rayonunun sahilində naməlum pilotsuz uçuş aparatının qalıqları aşkar edilib.

Məlumatlara əsasən, bazar ertəsi günorta saatlarında Karasu sahilində gəzən vətəndaşlar dəniz kənarında parçalanmış vəziyyətdə olan pilotsuz uçuş aparatını görüblər. Vətəndaşlar bu barədə dərhal təhlükəsizlik orqanlarına məlumat veriblər.

Hadisə yerinə jandarma qüvvələri cəlb olunub və pilotsuz uçuş aparatının mənşəyi ilə bağlı ilkin araşdırmalara başlanılıb. Yerli rəsmilərin bildirdiyinə görə, hazırda bu pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu və hansı şəraitdə sahilə gəlib çıxdığı hələlik məlum deyil.

Jandarma əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görərək hadisə yerində araşdırmaları davam etdirirlər. Tapılan qalıqların texniki ekspertizadan keçirilməsi və daha dəqiq müəyyənləşdirilməsi üçün müvafiq qurumlara təqdim ediləcəyi bildirilir.

Məlumatlarda qeyd olunur ki, pilotsuz uçuş aparatının mənşəyi və ehtimal olunan uçuş marşrutu ilə bağlı təhlükəsizlik və texniki araşdırmalar davam edir. Türkiyə rəsmiləri isə hadisə ilə bağlı hələlik əlavə rəsmi açıqlama verməyiblər.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar