İranla bağlı qətnamə üzrə səsvermədən əvvəl BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətə dair xüsusi iclas keçirib.
Bu iclasda bir sıra ölkələr Hizbullaha qarşı sərt mövqe nümayiş etdirərək, son gərginliyin artmasına görə məsuliyyətin bu qrupun üzərində olduğunu bildiriblər.
Bəzi nümayəndələr qeyd ediblər ki, Hizbullah yeni qarşıdurma mərhələsini başlatmaqla Livanın suverenliyini zəiflədib və ölkəni dövlət qurumlarının və Livan xalqının maraqlarına uyğun olmayan bir müharibəyə sürükləyib.
Bununla yanaşı, Rusiya və Çin gərginliyin böyük hissəsinə görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyaraq dərhal atəşkəs elan edilməsinə çağırış ediblər.
Rusiyanın nümayəndəsi bildirib:
“Qərbdəki tərəfdaşlarımız reallığı təhrif etməyə və vəziyyəti başqa cür göstərməyə çalışırlar.”
O, həmçinin İsraili atəşkəs razılaşmalarını pozmaqda, Livanda genişmiqyaslı hücumlar həyata keçirməkdə və mülki obyektləri hədəf almaqda ittiham edib.
BMT-də Çinin səfiri Fu Cong də Hizbullahı qınamaqdan çəkinib və dərhal atəşkəs elan olunmasına çağırıb. O, həmçinin bildirib ki, İsrail dərhal Livan ərazisindən çıxmalıdır.
GünAzTV
R.G