SON XƏBƏRLƏR

Tehranda polis postlarına hücum - Ölənlər var

2026.03.12, 09:06
Tehranda polis postlarına hücum - Ölənlər var

İranın paytaxtı Tehranda polis nəzarət-buraxılış məntəqələrinə edilən bir neçə hücum nəticəsində 10-a yaxın təhlükəsizlik əməkdaşı həlak olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

İddiaya görə, hücumlar İsrailin MOSSAD kəşfiyyat xidməti tərəfindən təxribat məqsədilə təşkil olunub.

Qeyd edilir ki, toqquşmaların qeydə alındığı ərazilərdə vəziyyət hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Müstəqil mənbələr isə polis nəzarət-buraxılış məntəqələrinə dronlarla hücum edildiyini bildiriblər.

Xatırladaq ki, bu, İran Polis Qüvvələrinin baş komandanı əhmədrza Radanın narazı vətəndaşlara ehtimal olunan etiraz aksiyaları ilə bağlı təhdidindən sonraya təsadüf edir.

Radan, küçələrə çıxan etirazçıların düşmən heab ediləcəyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar