SON XƏBƏRLƏR

Müctəba Xaməneinin mesajı yayımlanacaq

2026.03.12, 17:03
Müctəba Xaməneinin mesajı yayımlanacaq

İranın yeni rəhbəri Müctəba Xaməneinin ilk mesajı tezliklə yayımlanacaq.

Gunaz.tv

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Bildirilib ki, mesajda ölkə rəhbərliyi, ictimaiyyətin və silahlı qüvvələrin rolu, eləcə də regional ölkələrlə münasibətlərlə bağlı əsas məqamlara toxunulacaq.

Mesajın hansı formada yayımlanacağı barəə açıqlama verilməyib.

Qeyd edək ki, bundan öncə ABŞ və İsrailin 28 fevralda İranın mərhum ali rəhbəri Əli Xaməneinin iqamətgahına hücum zamanı Müctəba Xameneinin də ağır yaralandığı, hətta süni tənəffüs aparatına qoşulduğu bildirilirdi. 

Bu gün isə Uran Xarici İşlər Nazirliyi M.Xaməneinin yaralı olduğunu təsdiq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar