SON XƏBƏRLƏR

İran yenidən Türkiyəyə raket atdı

2026.03.13, 09:46
İran yenidən Türkiyəyə raket atdı

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.

Gunaz.tv

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Raket İncirlik Hava Bazası yaxınlığında potensial hədəfinə çatmadan məhv edilib.

Eyni zamanda, bəzi məlumatlarda partlayış səsinin eşidildiyi və əraziyə yanğınsöndürən maşınların göndərildiyi bildirilib.

Türkiyə rəsmiləri hələlik hadisənin mümkün təfərrüatları barədə şərh verməyib və raketin növü, istifadə olunan müdafiə sistemi və ya onun buraxılışının dəqiq mənşəyi barədə heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran tərəfindən Türkiyə istiqamətində 4 və 9 martda 2 dəfə raket atılıb. Hər iki raket havada məhv edilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar