SON XƏBƏRLƏR

Bəhreyndə SEPAH casusları həbs edilib

2026.03.13, 10:49
Bəhreyndə SEPAH casusları həbs edilib

Bəhreyndə SEPAH-ın xeyrinə casusluq edən 4 nəfər həbs edilib və xaricdə olan 5-ci şəxsin də kimliyi müəyyən edilib.

Gunaz.tv

Bu barədə Bhreyn Daxili İşlər Naziriyi məlumat yayıb.

Nazirlik bildirib ki, Mürtəza Hüseyn Əvvəl , Əhməd İsa Əl-Hayki, Sara Əbdül Nəbi Mərhun və İlias Salman Mirzə , eləcə də Əli Məhəmməd Həsən Əl-Şeyx  İranda yerləşən "terrorçu" ünsürlər vasitəsilə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olub.

Cinayət Təhqiqatları Baş İdarəsinin məlumatına görə, Mürtəza Hüseyn Əvvəl təşkilati əmrlər və digər təqsirləndirilən şəxslərin köməyi ilə dəqiq çəkiliş avadanlıqlarından istifadə edərək Bəhreyndəki əsas və vacib yerlərin fotoşəkillərini və coğrafi koordinatlarını çəkib.

Bəhreyn rəsmiləri bu məlumatların şifrələnmiş proqramlar vasitəsilə İran İnqilabı Keşikçiləri Korpusuna göndərildiyini bildirirlər.

Baş Cinayət İstintaqı İdarəsi lazımi hüquqi tədbirlərin görüldüyünü və saxlanılanların işinin baxılması üçün Respublika Prokurorluğuna göndərildiyini deyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar