SON XƏBƏRLƏR

İran səfiri Livan Xarici İşlər Nazirliyinə çağırıldı

2026.03.13, 12:06
İran səfiri Livan Xarici İşlər Nazirliyinə çağırıldı

İranın Beyrutdakı səfiri Məhəmməd Rza Rauf Şeybani Livan Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə Livanın xarici işlər naziri Yusif Raci özünün X hesabında bildirib.

O, səfirin çağırılmasının səbəbini İran İnqilab Keşikçiləri Korpusunun Hizbullahla koordinasiyalı şəkildə İsrailə raket hücumu təşkil etdiyini açıqlaması ilə əlaqələndirib.

"Bu gün keçiriləcək görüşdə İranın Livanın daxili işlərinə hər hansı müdaxiləsinin Beyrut tərəfindən qəbul edilmədiyini Şeybaninin diqqətinə çatdırılacaq",- nazir yazıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu martın 11-i gecə saatlarında Hizbullahla koordinasiyalı şəkildə İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar