SON XƏBƏRLƏR

ABŞ bu şəxslər barədə məlumat üçün milyonlar təklif edir

2026.03.13, 22:25
ABŞ bu şəxslər barədə məlumat üçün milyonlar təklif edir

ABŞ Dövlət Departamenti yeni poster yayımlayaraq İran hakimiyyətində və SEPAH strukturunda yer alan bir sıra əsas fiqurlar barədə məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb. Posterə Müctəba Xamenei və bir neçə təhlükəsizlik və siyasi vəzifəli şəxsin adı daxil edilib.

Gunaz.tv

ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan bu posterdə qeyd olunur ki, siyahıya daxil edilən şəxslər “SEPAH-ın müxtəlif bölmələrini idarə və yönləndirirlər; ABŞ-ın bildirdiyinə görə bu qurum dünyanın müxtəlif bölgələrində terror fəaliyyətlərinin planlaşdırılması, təşkili və həyata keçirilməsində rol oynayır.”

Posterə görə, məlumat təqdim edən şəxslər maliyyə mükafatı almaqla yanaşı, zəruri hallarda təhlükəsiz bir yerə köçürülmək imkanı da əldə edə bilərlər.

Poster üzərində adı qeyd olunan şəxslər arasında Müctəba Xamenei “lider” kimi göstərilib. Həmçinin İran rəhbərinin ofisinin müavini Əli-Əsgər Hicazi də bu siyahıda yer alır.

Siyahıda İran rəhbərinin ofisinin müşaviri və Milli Təhlükəsizlik Şurasının katibi kimi göstərilən Əli Laricani, daxili işlər naziri İsgəndər Mömini və kəşfiyyat naziri İsmayıl Xətib də yer alıb.

Posterinin digər hissəsində bəzi hərbi vəzifəli şəxslərə də toxunulub. Onların arasında İran rəhbərinin hərbi müşaviri kimi təqdim edilən Yəhya Rəhim Səfəvi də var. Bu adlarla yanaşı, İran rəhbərinin hərbi ofisinin rəhbəri, Müdafiə Şurasının katibi və SEPAH komandiri kimi bəzi vəzifələr də qeyd olunub, lakin onların şəkilləri posterə daxil edilməyib.

HDTzZqhXEAE1i7U?format=jpg&name=small

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar