SON XƏBƏRLƏR

Axios: Tramp zənginləşdirilmiş İran uranının Rusiyaya daşınmasını rədd edib

2026.03.14, 11:58
Axios: Tramp zənginləşdirilmiş İran uranının Rusiyaya daşınmasını rədd edib

Tramp Putinin zənginləşdirilmiş İran uranının Rusiyaya daşınması təklifini rədd edib.

Gunaz.tv

Rusiya prezidenti Vladimir Putin bu həftə Prezident Trampla telefon danışığında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın bir hissəsi olaraq İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınmasını təklif edib.

Donald Tramp isə onun bu təklifini rədd edib.

Amerika və İsrailin İrana qarşı müharibədə əsas məqsədlərindən biri İranın 400 kiloqramdan artıq 60% həddində zənginləşdirilmiş uranını təmina altına almaqdır. Nəzəri olaraq Rusiyanın bu təklifi Amerikanın maraqlarına uyğun olsa da onlar bu təklifi qəbul etməyiblər.

Qeyd edək ki, bu təklif Rusiya tərəfindən daha öncə də irəli sürülmüş, ancaq İran bununla razılaşmamışdı.

Donald Tramp isə "Fox News"a verdiyi müsahibəsində zənginləşdirilmiş uranın ələ keçirilməsinin Amerikanın əsas hədəfi olmadığını demişdi. "Hazırda biz buna fokuslanmamışıq, ancaq gələcəkdə ola bilər" - deyə o bildirmişdi.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar