Nazirlik bildirir ki, Hörmüz Boğazı dünyada əhəmiyyətli bir ticarət və nəqliyyat yoludur; dünyada istehsal olunan neftin 20%-i, ure gübrəsinin 25–35%-i, ammoniakın 25–30%-i və fosfatlı gübrələrin böyük hissəsi bu marşrutdan keçir. Bu səbəbdən ticarət və kənd təsərrüfatı təhlükəsizliyi üçün yolun qorunması strateji əhəmiyyət daşıyır.
İranın ABŞ və İsrail tərəfindən hədəfə alınması ilə əlaqədar Türkiyə, ərzaq təminatının pozulmaması və kənd təsərrüfatı istehsalının davam etdirilməsi üçün əvvəlcədən tədbirlər görüb. Bəzi məhsulların və gübrə xammalının ehtiyatları artırılıb və fermerlərin ehtiyacları qarşılanıb.
Qlobal bazarda Hürmüz Boğazındakı gəmiyol qeyri-müəyyənliyi səbəbindən gübrə qiymətləri yüksəlib. Bunun qarşısını almaq üçün ure gübrəsinin idxal gömrük vergisi 6,5%-dən sıfıra endirilib. Eyni zamanda ammonium nitrat və kalsium ammonium nitratın ixracı dayandırılıb və məhsullar yalnız daxildə istifadəyə yönəldilib.
Ammonium nitratın satış və paylanması 30 may tarixinə qədər həyata keçiriləcək. Bütün proseslər Gübrə Təqib Sistemi (GTS) vasitəsilə izlənəcək və yalnız ÇKS-də qeydiyyatdan keçmiş fermerlərə satışa icazə veriləcək. Qaydalara əməl etməyən istehsalçılar və satıcılar barədə məhkəmə tədbirləri görüləcək.
Bu addım, həm yerli istehsalın istifadəsini təmin etmək, həm də ammonium nitratın təhlükəsiz və məqsədli istifadəsini qorumaq məqsədini güdür.
GünAzTV
R.G