SON XƏBƏRLƏR

Netaniyahu bayrama görə iranlılara mesaj ünvanladı

2026.03.17, 16:19
Netaniyahu bayrama görə iranlılara mesaj ünvanladı

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına Yaz bayramı münasibətilə videomesaj ünvanlayıb.

Gunaz.tv

Mesaj İsrail Baş Nazirinin Ofisinin sosial şəbəkə hesablarında paylaşılıb.

O, mesajında builki yazın xüsusi məna daşıdığını deyib:

“İranın cəsur xalqı, hər il olduğu kimi, sizə İşıqlar Festivalı ilə başlayan xoş bir bayram mövsümü arzulayıram.

Bu, İran xalqının işığın qaranlığa, xeyirin şərə qalib gələcəyinə dair qədim inancını ifadə edir.

Qoy bu il azadlıqla dolu olsun. Hamınıza ümidverici yeni başlanğıc arzulayıram”. 

Bununla yanaşı İsrail Ordusu da iranlılara müraciət edib.

Müraciətdə vətəndaşlara bayram şənlikləri zamanı hökumət binaları və hərbi mərkəzlərdən uzaq durmaları tövsiyə olunub.

Bununla eyni vaxtda İran Təhlükəsizlik və K.fiyyat Nazirlyi və Polis Qüvvələrinin Komandanlığı vətəndaşlara xəbərdarlıq mesajları göndəriblər.

Mesajlarda vətəndaşlara bayram şənlikləri mərasimlərində toplaşmamaq barədə xəbərdarlıq edilib, əks halda ciddi cəza tədbirləri görüləcəyi bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar