SON XƏBƏRLƏR

Əraqçı da dünyanı müharibənin nəticələri ilə təhdid etdi

2026.03.18, 10:13
Əraqçı da dünyanı müharibənin nəticələri ilə təhdid etdi

İslam Respublikasının xarici işlər naziri Yaxın Şərqdəki müharibənin nəticələrinin tezliklə bütün dünyanı bürüyəcəyi barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə Abbas Əraqçı sosial mediada paylaşdığı mesajda yazıb: 

“Bu müharibənin qlobal nəticələri dalğası yeni başlayıb və bütün ölkələrə təsir edəcək”.

Əraqçı həmçinin Qərb rəsmilərini bu münaqişələrin davam etməsi ilə bağlı mövqe tutmağa və müharibəyə qarşı olduqlarını bildirməyə çağırıb.

"Əl-Cəzirə" televizyasına müsahibəsində isə nazir, Əli Laricaninin öldürülməsinə də münasibət bildirib və bunun ölkədə hakimiyyətin sabitliyinə təsir göstərməyəcəyini söyləyib.

Nazir, İranın güclü siyasi quruluşa malik olduğunu iddia edib:

“Bir nəfərin varlığı və ya yoxluğu bu quruluşa təsir etmir. Əsas amil fərdi fiqurlar deyil, sistemin özünün gücü olaraq qalmasıdır”.

Qeyd edək ki, ötən gün İsrailin keçirdiyi əməliyyat nəticəsində İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar