SON XƏBƏRLƏR

ABŞ səfiri İsraildə Netanyahu ilə görüşdü (video)

2026.03.19, 06:19
ABŞ səfiri İsraildə Netanyahu ilə görüşdü (video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu yaydığı videoda vəziyyəti ilə bağlı narahatlıqlara cavab olaraq sağ olduğunu bildirib.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə görüşündən yayılan videoda Hakabi deyir: “Cənab baş nazir, prezident məndən xahiş etdi ki, gəlim və sizin yaxşı olduğunuzdan əmin olum.”
Netanyahu cavabında vurğulayır: “Bəli, Mayk, mən sağam.”

Hakabi davam edərək bildirir: “Yoxladım və bunu görməyə şadam, amma o əmin olmaq istəyirdi, çünki bilirsiniz, siz çox yaxşı anlaşırısınız.”

Netanyahu isə deyir: “Bilirəm, biz hər iki əlimizin beş barmağı ilə əl sıxırıq. Amma deməliyəm ki, mən sağam və bu kartım var. Onu oxuma. Bu bir işarələmə kartıdır. Bu gün bu kartdan iki adı sildim və görürsən ki, bu siyahıda hələ neçə nəfər qalıb.”

Daha sonra Hakabi bildirir: “Yaxşı xəbər budur ki, mənim adım bu siyahıda yoxdur” və Netanyahu cavab verir: “Sənin adın yaxşıların siyahısındadır.”

İsrailin baş naziri ABŞ ilə birgə fəaliyyətlərə də toxunaraq deyir: “Prezidentin və ABŞ qüvvələrinin etdikləri inanılmazdır. Biz onunla çiyin-çiyinə dayanmaqdan qürur duyuruq və nüvə silahı hazırlamaq, onu İsraili məhv etdikdən sonra Amerika şəhərlərinə çatdırmaq istəyən bu dəli adamları aradan götürürük. Onlar buna nail olmayacaq. Biz onları aradan qaldırırıq.”

Görüşün sonunda Hakabi “Mən bunu sevirəm” deyir və tərəflər əl sıxaraq vidalaşırlar.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar