SON XƏBƏRLƏR

Pezeşkianın “təslim olun” mesajlarına reaksiyası

2026.03.19, 23:43
Pezeşkianın “təslim olun” mesajlarına reaksiyası

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Yusif Pezeşkian, Məsud Pezeşkianın oğlu, öz teleqram kanalında “təslim olun və hakimiyyəti xalqa qaytarın” məzmunlu mesajlar aldığını bildirib.

O, bu mesajlara toxunaraq yazıb: “Ara-sıra mənə belə mesajlar gəlir ki, guya təslim olun və hakimiyyəti xalqa qaytarın.”

Yusif Pezeşkian daha sonra iddia edib: “Bu mesajlar əgər İsrailin agentləri və muzdurlarından deyilsə, məlumatsızlıq və illüziyanın məhsuludur.”

O, həmçinin “müharibə dövründə aparılan son sorğular” adlandırdığı məsələyə istinad edərək bildirib: “Əksəriyyət hesab edir ki, biz ABŞ-ın təzyiqinə qarşı dayanmalı və təslim olmamalıyıq.”

O əlavə edib: “Xalq hakimiyyətdən müqavimət və dirəniş gözləyir, təslimiyyət yox.”

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar