SON XƏBƏRLƏR

Tehranda raket istehsal mərkəzinin dağıdılmasının yeni görüntüləri

2026.03.22, 23:19
Tehranda raket istehsal mərkəzinin dağıdılmasının yeni görüntüləri

Gunaz.tv

Günaz TVnin məlumatına görə, «ABŞ Mərkəzi Komandanlığı» (SENTKOM) görüntülər yayımlayıb ki, bu da göstərir ki, İranın «Kuh Barcamlı dağı» balistik raket istehsal mərkəzi martın 1-dən 7-dək fəaliyyətini dayandırıb.

Görüntülərə əsasən, martın 1-nə aid şəkillər həmin mərkəzin zərər görməmiş vəziyyətini göstərir, martın 7-nə aid şəkillər isə eyni məkanı dağıntılar halında təsvir edir. SENTKOM-un məlumatına görə, bu məkan əvvəllər İranın qısa və orta mənzilli balistik raketlərinin istehsalı üçün istifadə olunurdu.

«Barcamlı dağı» Tehran şəhərinin şərqində yerləşən «Xacir Milli Parkı» ərazisindədir və hərbi zonaya daxildir.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar