SON XƏBƏRLƏR

Bu İranda rejim dəyişikliyidir- Tramp

2026.03.23, 18:53
Bu İranda rejim dəyişikliyidir- Tramp

İranla müharibəyə son qoymaq üçün danışıqlar elan etdikdən bir neçə saat sonra ABŞ prezidenti Donald Tramp İrandakı hazırkı hadisələrin gedişatının "rejim dəyişikliyi" olduğunu iddia edib.

Gunaz.tv

O, bunu CNBC-yə verdiyi müsahibədə deyib: 

"Bu, rejim dəyişikliyidir".

Tramp, bu qiymətləndirməni İslam Respublikasında bir sıra yüksək vəzifəli məmurların öldürülməsi və dəyişdirilməsi ilə əlaqələndirib və əlavə etdi ki, bu hadisələr İranda hakimiyyət strukturunda dəyişiklik əlamətidir.

ABŞ prezidenti həmçinin İranla əlaqələr haqqında da danışıb: "Görüşlər əla idi, danışıqlar çox yaxşı idi" deyən Przident, onları "çox intensiv" adlandırıb.

Ancaq ABŞ-ın İranda dəqiq kimlərlə əlaqə saxladığı soruşulduqda, o, yalnız "Onların nümayəndələri var" cavabını verib.

Bu açıqlamalar İslam Respublikası rəsmilərinin Vaşinqtonla hər hansı birbaşa və ya dolayı danışıqları inkar etdiyi bir vaxta təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar