SON XƏBƏRLƏR

Britaniya İran səfirini XİN-ə çağırdı

2026.03.24, 09:49
Britaniya İran səfirini XİN-ə çağırdı

İranın Londondakı səfiri Seyid Əli Musəvi Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfirin çağırılması barədə qərar xarici kəşfiyyat xidmətinə kömək etmək ittihamı ilə iki İran vətəndaşının saxlanılmasından sonra verilib. Biz İranın və onun göstərişlərini yerinə yetirənlərin təhdidlərinə son dərəcə ciddi yanaşırıq.

Hökumət Britaniya xalqını qorumaq üçün bütün lazımi addımları atacaq, o cümlədən İranın daxildə və xaricdə sabitliyi pozan hərəkətlərini ifşa edəcək", - məlumatda deyilib.

Qeyd edək ki, ötən həftə Britaniyada iki nəfərə qarşı İranın xeyrinə casusluq ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar