SON XƏBƏRLƏR

Sünni din xadimi İranı atəşkəsə çağırdı

2026.03.24, 13:23
Sünni din xadimi İranı atəşkəsə çağırdı

İndiki müharibə də 8 illik İran-İraq müharibəsində olduğu kimi "zəhər içmək" kimi olsa da başa çatmalı və sülh əldə edilməlidir.

Gunaz.tv

Bunu İranın nüfuzlu sünni din xadimi və bəlucların cümə imamı Mövləvi Əbdülhəmid deyib.

"Səkkiz illik müharibənin sonunda ölkənin ərazi bütövlüyünü qorumaq üçün zəhər içildi və BMT-nin qətnaməsi qəbul edildi. Bu çətin, ancaq real bir qərar idi. Bu gün müharibəni dayandırmaq yolunu seçmək də məqsədəuyğundur",- o əlavə edib.

Qeyd edək ki, "zəhər içmək" ifadəsi 1988-ci ildə İslam Respublikasının keçmiş lideri Ruhullah Xomeyni tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsinin qəbul edilməsi ilə bağlı mesajında ​​istifadə edilmişdir. Bu qətnamə İran və İraq arasında 8 illik müharibənin bitməsi ilə nəticələnmişdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar