SON XƏBƏRLƏR

Təcili: Tramp İranın razılaşdığını açıqladı

2026.03.24, 22:50
Təcili: Tramp İranın razılaşdığını açıqladı

Tramp İranın heç vaxt nüvə silahına malik olmayacağı barədə razılığa gəldiyini açıqlayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın prezidenti Donald Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmamaq barədə razılaşıb.

Tramp Floridada jurnalistlərlə söhbəti zamanı, prezident təyyarəsinə minərkən deyib ki, İranla danışıqlar davam edir və «əsas razılaşma nöqtələri» əldə olunub.

O vurğulayıb: «Onlar nüvə silahına malik olmayacaqlar, bu bir, iki və üç nömrəli məsələdir. Onlar heç vaxt nüvə silahına sahib olmayacaqlar və buna razılaşıblar.»

Tramp həmçinin bu danışıqları «çox güclü» adlandırıb və bildirib ki, yaxın zamanda razılaşma əldə oluna bilər. Onun sözlərinə görə, zənginləşdirilmiş uranın təhvil verilməsi kimi məsələlər də müzakirə olunur.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar