SON XƏBƏRLƏR

Avstraliya iranlılara qarşı viza məhdudiyyəti tətbiq etdi

2026.03.26, 11:29
Avstraliya iranlılara qarşı viza məhdudiyyəti tətbiq etdi

Avstraliya hökuməti bu ölkəyə səfər etmək istəyən iranlılara qarşı məhdudiyyətlər tətbiq edib.

Gunaz.tv

Bu barədə Avstraliyanın miqrasiya naziri Tonu Berk məlumat verib.

Onun sözlərinə görə, martın 26-dan tətbiqinə başlanılan məhdudiyyətlər 6 ay müddətinə davam edəcək.

"Bu qərar, Avstraliyaya səfər edən iranlıların müharibə səsəbibndən ölkələrinə geri qayıtmaq istəməmələri ehtimalına görə qəbul edilib",- Berk bildirib.

Nazir bu günə kimi gəzinti, ticarət və ailə üzvlərini görmək üçün 7 min iranlıya verilən vizaların 600-nün ləğv edildiyini söyləyib.

Toni Berk bildirib ki, Avstraliya hakimiyyəti 6 aylıq müddətdə viza müraciətlərini yenidən qiymətləndirəcək. Müəyyən edilməmiş sayda insan da məhdudiyyətlərdən azad ediləcək.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar