SON XƏBƏRLƏR

ABŞ-ın yeni təyyarədaşıyan gəmisi Yaxın Şərqə göndərilir

2026.03.28, 06:24
ABŞ-ın yeni təyyarədaşıyan gəmisi Yaxın Şərqə göndərilir

Trampın pərdəarxası qərarı: müharibə, yoxsa danışıqlar?

Gunaz.tv

CNN-in məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, ABŞ-ın “USS George H.W. Bush” təyyarədaşıyan gəmisinin İranla davam edən gərginliyə yaxın bölgəyə göndərilməsi planlaşdırılır.

Məlumata əsasən, bu gəminin hazırda bölgədə olan iki ABŞ təyyarədaşıyan gəmisinə qoşulacağı, yoxsa onlardan birini əvəz edəcəyi hələ dəqiqləşməyib. Həmin iki gəmi son həftələrdə İrana qarşı döyüş əməliyyatlarında iştirak edib.

CNN həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp son günlərdə bir neçə hərbi variantı nəzərdən keçirib. Bu variantların gərginliyin daha da artmasına səbəb ola biləcəyi qeyd olunur.

Eyni zamanda, Tramp İranla diplomatik danışıqlar aparmaq istədiyini açıqlayıb, lakin bu danışıqların taleyi hələ də qeyri-müəyyən olaraq qalır.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar