SON XƏBƏRLƏR

İran qadağan olunmuş silahlardan istifadədə ittiham olunur

2026.03.30, 23:30
İran qadağan olunmuş silahlardan istifadədə ittiham olunur

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Human Rights Watch İran rejiminin müharibə başlayandan bəri İsrailə qarşı hücumlarda dəfələrlə qadağan olunmuş kassetli sursatlardan istifadə etdiyini açıqlayıb; bu silahların yaşayış məntəqələrinə qarşı tətbiqi açıq şəkildə müharibə qanunlarının pozulması və “müharibə cinayəti” sayılır.

Məlumata əsasən, Bu tip sursatlardan istifadə edilən azı üç ayrı hücum qeydə alınıb və bu hücumlar yaşayış ərazilərinə düşüb; bu isə rejimin mülki insanların həyatına qarşı laqeyd münasibətini bir daha ortaya qoyur.

Bu təşkilatda böhran, münaqişə və silahlar üzrə tədqiqatçı Patrick Thompson bildirib: “İranın sıx məskunlaşmış ərazilərdə kaset sursatlarından istifadə etməsi mülki insanlar üçün öncədən proqnozlaşdırılan və uzunmüddətli təhlükə yaradır.”

O əlavə edib: “Bu sursatlar havada açıldıqdan sonra onlarla partlayıcı ‘bomblet’i geniş əraziyə səpir və qeyri-seçici şəkildə təsir edir; buna görə də onların istifadəsi müharibə qanunlarının açıq pozuntusudur.”

kassetli sursatları geniş əraziyə təsir edən və mülki əhali ilə şəhər infrastrukturunu eyni anda hədəf alan silahlar hesab olunur və istifadədən sonra uzun müddət ərzində də insanlar üçün təhlükə yaratmaqda davam edir.

 

Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar