SON XƏBƏRLƏR

Buşehrdə təhlükə böyüyür | Ruslar İrandan çıxarılır

2026.04.01, 23:32
Buşehrdə təhlükə böyüyür | Ruslar İrandan çıxarılır

Buşehr AES ətrafında təhlükə artır, rus mütəxəssislər ölkəni tərk edir.

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə: Rusiyanın dövlət nüvə şirkəti "Rosatom"un rəhbəri Aleksey Lixaçev "Rossiya-24" telekanalına verdiyi müsahibədə bildirib ki, şirkət bu həftə ərzində Buşehr atom elektrik stansiyasından daha 200-dən çox əməkdaşını çıxarmağı planlaşdırır.

O, əvvəlki çıxarılmaları xatırladaraq qeyd edib ki, "Rosatom" daha öncə də bir neçə qrup əməkdaşını İrandan çıxarıb.

Lixaçev əlavə edib: "Stansiyada cəmi təxminən 50 nəfər qalacaq və onların hamısı könüllü şəkildə fəaliyyətini davam etdirir."

Bu hadisələr ABŞ və İsrailin hərbi əməliyyatlarının başlanmasından sonra baş verir. Məlumatlara görə, azı üç dəfə raketlər Buşehr stansiyasının reaktoruna yaxın əraziyə düşüb və bu vəziyyət Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi xəbərdarlığı ilə müşayiət olunub.

Xarici mütəxəssislərin bu həssas obyektdən kütləvi çıxarılması İranın nüvə infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır. Müşahidəçilər bildirir ki, hakimiyyətin gərginlik yaradan siyasəti bu cür strateji obyektləri ciddi risk altına salır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar