SON XƏBƏRLƏR

EKSKLÜZİV: danışıqlar dalana dirəndi

2026.04.02, 00:38
EKSKLÜZİV: danışıqlar dalana dirəndi

Tehranda Vaşinqton təklifinə cavab üstündə dərin ixtilaf!

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə, İsrailin “Kan” xəbər şəbəkəsinin yaydığı məlumata əsasən, İran ilə ABŞ arasında birbaşa təmaslar tam dalana dirənib və Tehranda Vaşinqtonun təkliflərinə necə cavab veriləcəyi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

“Kan” xəbər şəbəkəsi bildirib ki, İran prezidenti Məsud Pezeşkian “ABŞ ilə birbaşa danışıqlar aparıldığını” iddia edir, lakin Sepah Pasdaran İnqilabı Korpusu bu prosesin davamına kəskin şəkildə qarşı çıxır.

Hakimiyyətin ən yüksək səviyyələrində, Pezeşkian hökuməti ilə Sepah komandirləri arasında yaranan bu ixtilaf ABŞ-ın təkliflərinə yanaşmada dərin parçalanmanı göstərir. Mənbələrə görə, bu təkliflər nüvə, raket və regional məsələlər üzrə məhdudiyyətləri əhatə edə bilər.

“Kan”ın xəbər proqramında bu məsələ ekspertlərin iştirakı ilə müzakirə olunub və İsrail mənbələrinə istinadən, razılaşma əldə olunmadığı halda Donald Trampın İranın milli infrastrukturuna mümkün zərbələr endirməklə hədələdiyi bildirilib.

Bu dalan vəziyyəti, müşahidəçilərin fikrincə, İranda qərarvermə sisteminin ciddi şəkildə parçalandığını və müxtəlif hakimiyyət strukturlarının fərqli istiqamətlərdə hərəkət etdiyini göstərir.

Hesabatın yekununda qeyd olunur ki, İran ilə ABŞ arasında danışıqlar faktiki olaraq dayanıb və Tehranın hakimiyyət dairələrində növbəti addımla bağlı ağır daxili müzakirələr gedir. Bu vəziyyət regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

Tənqidçilər bildirir ki, İran hakimiyyətinin vahid qərar qəbul edə bilməməsi və ziddiyyətli siyasətləri davam etdirməsi ölkəni daha dərin böhranlara sürükləyir və bir daha İranda yaşayan insanların bu daxili çəkişmələrin qurbanına çevrildiyini göstərir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar