SON XƏBƏRLƏR

Qlobal xəbərdarlıq siqnalı: Hörmüz boğazından qaz ixracı tam dayandı

2026.04.02, 02:25
Qlobal xəbərdarlıq siqnalı: Hörmüz boğazından qaz ixracı tam dayandı

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə, tanker izləmə platforması “TankerTrackers” bildirib ki, 2026-cı ilin mart ayı ərzində Hörmüz boğazından bir dənə belə mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi çıxmayıb.

Hesabatda bu vəziyyət son dərəcə ciddi qiymətləndirilir və vurğulanır ki, xam neftdən fərqli olaraq, onun bir hissəsinin boru xətləri vasitəsilə ötürülməsi mümkün olduğu halda, mayeləşdirilmiş təbii qazın bu şəkildə qismən daşınması mümkün deyil.

Bundan əlavə qeyd olunur ki, təbii qaz üçün böyük miqyaslı strateji ehtiyat anbarları mövcud deyil və bu hal qlobal enerji bazarlarında dərhal və geniş təsirlərə səbəb ola bilər.

Bu vəziyyət Fars körfəzi regionundan, xüsusilə də Hörmüz boğazı vasitəsilə LNG ixrac edən ən böyük ölkələrdən biri olan Qətərdən təbii qaz təchizat zəncirində tam pozuntu kimi qiymətləndirilir.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar