SON XƏBƏRLƏR

Tramp: İranı daş dövrünə qaytaracağıq

2026.04.02, 07:32
Tramp: İranı daş dövrünə qaytaracağıq

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp bildirib: “Biz onları ölüm həddinə qədər bombardman edəcəyik.”

ABŞ prezidenti deyir: “İran nüvə silahı əldə etməyəcək və onlar özləri də belə bir şeyi istəmirlər. Biz onları peyklər vasitəsilə izləyirik.”

Tramp həmçinin vurğulayıb ki, ABŞ “iki-üç həftə ərzində” İranı tərk edə bilər və əlavə edib: “Onların daş dövrünə qayıtdığı və artıq nüvə silahı inkişaf etdirə bilmədiyi qənaətinə gəldikdə, çıxacağıq; razılaşma olub-olmamasından asılı olmayaraq.”

O qeyd edib ki, müharibə hədəfləri gerçəkləşməyə yaxındır və tezliklə buna nail olunacaq.

İsrail mediasında yayılan xəbərlərə görə, ABŞ və İsrail yaxın günlərdə həyata keçirilməsi gözlənilən güclü addımları koordinasiya ediblər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar