SON XƏBƏRLƏR

Ruhani müharibəni dayandırmağa çağırdı

2026.04.02, 12:26
Ruhani müharibəni dayandırmağa çağırdı

İranın keçmiş prezidenti Həsən Ruhani müharibəni "şərəfli" şəkildə bitirməyə və təcili islahatlara çağırıb.

Gunaz.tv

Bu barədə farsdilli media məlumat yayıb.

O, müharibənin sona çatması barədə qərarın ölkənin və xalqın mənafeyi naminə verilməli olduğunu bildirib.

Ruhani həmçinin Ali Milli Təhlükəsizlik Şurasını müharibənin davam etdirilməsi və ya sona çatması üçün ssenariləri təcili olaraq nəzərdən keçirməyə çağırıb. 

Keçmiş prezident, Hörmüz boğazına nəzarəti qorumağı, Körfəz adalarına qarşı təcavüzün qarşısını almağı və siyasətdə təcili fundamental islahatlar həyata keçirməyi vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar