SON XƏBƏRLƏR

Həşdəş-Şəəbi qüvvələri İran ərazisinə daxil olur; görüntülər yayıldı (video)

2026.04.03, 22:46
Həşdəş-Şəəbi qüvvələri İran ərazisinə daxil olur; görüntülər yayıldı (video)

Gunaz.tv

Sosial şəbəkələrdə yayılan görüntü və məlumatlara görə, İraqın “Həşd əş-Şəəbi” qüvvələrinin geniş miqyasda İrana daxil olduğu bildirilir. Xüsusilə Mehran və Bəsrə sərhədlərindən Xuzistan vilayətinə keçidlərin baş verdiyi qeyd olunur.

Məlumatlara əsasən, üzərində “Həşd əş-Şəəbi” və İraq bayraqları olan karvanlar İran ərazisinə daxil olub. Eyni zamanda bu qüvvələrin bəzi şəhərlərdə, o cümlədən Tehranda göründüyünü əks etdirən görüntülər də yayılıb.

İranın dövlətə bağlı mediaları bu karvanları “xalq və humanitar yardım” kimi təqdim edərək, onların ərzaq və qeyri-hərbi dəstək məqsədi daşıdığını bildirib. Rəsmi şəxslər isə bu şəxslərin hərbi qüvvə olmadığını vurğulayıb.

Bununla belə, sosial şəbəkə istifadəçiləri və bəzi qeyri-rəsmi mənbələr fərqli mövqe ortaya qoyur. Onların sözlərinə görə, bu karvanlar əslində silahlı “Həşd əş-Şəəbi” qüvvələrinin ölkəyə daxil olması üçün örtük rolunu oynayır və məqsəd daxildə təhlükəsizlik strukturlarını gücləndirmək və etirazların qarşısını almaqdır.

Yayılan məlumatlarda bu qüvvələrin sərhəd bölgələri ilə yanaşı, ölkənin digər ərazilərində də göründüyü bildirilir. Bəzi qeyri-rəsmi mənbələr yüzlərlə, hətta mindən çox silahlı şəxsin İrana daxil olduğunu iddia edir.

Bu proses, “Həşd əş-Şəəbi” qüvvələrinin əvvəllər də etirazların yatırılmasında iştirak etməsi ilə bağlı iddialar fonunda baş verir və hazırda ölkə daxilində xarici silahlı qüvvələrin istifadəsi ilə bağlı narahatlıqları artırır.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar