SON XƏBƏRLƏR

Simonyan: Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq

2026.04.04, 14:56
Simonyan: Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq

"Rusiya qazının qiymətinin artırarsa, KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq".

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

“Qeyd etməliyəm ki, belə bir qərar qəbul edilərsə [red. qazın qiymətinin artırılması], Ermənistan Respublikası öz qərarını verəcək və nəinki KTMT-dən, həm də Aİİ-dən və digər strukturlardan tamamilə çıxacaq”, - Simonyan vurğulayıb.

Buna baxmayaraq, Ermənistan parlamentinin spikeri hesab edir ki, vəziyyət bu həddə çatmayacaq:

“Bilirəm ki, ölkə rəhbərləri arasında çox yaxşı, işgüzar və məhsuldar bir söhbət olub”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar