SON XƏBƏRLƏR

Hörmüz boğazından məhdud keçid İranın koordinasiyası ilə həyata keçirilib

2026.04.04, 22:56
Hörmüz boğazından məhdud keçid İranın koordinasiyası ilə həyata keçirilib

Gunaz.tv

Hörmüz boğazı hələ də ciddi nəzarət altında saxlanıldığı bir vaxtda, bir neçə xarici gəminin İranla birbaşa koordinasiya əsasında məhdud şəkildə keçid etdiyi bildirilir.

Gunaz TV-nin məlumatına görə, diplomatik mənbələr bildirib ki, Fransa, Yaponiya və Omana məxsus gəmilər son günlər İranın dəniz rəsmiləri ilə koordinasiya olunaraq Hörmüz boğazından keçiblər. Bu, son müharibənin başlanmasından sonra Avropa ilə əlaqəli gəmilərin ilk keçidi hesab olunur.

Məlumata əsasən, bu marşrut üzrə Fransaya məxsus konteyner gəmisi, Yaponiyaya məxsus qazdaşıyan gəmi və bir neçə Oman neft tankeri hərəkət edib. Bildirilir ki, bu gəmilər hədəfə alınmamaq üçün Oman sahillərinə yaxın marşrut seçib və bəzi hallarda avtomatik identifikasiya sistemlərini söndürüb.

Müharibənin başlanmasından bəri İran bu strateji su yolunda keçidi faktiki olaraq məhdudlaşdırıb və yalnız ABŞ və İsraillə əlaqəsi olmayan gəmilərə keçidə icazə verir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar