SON XƏBƏRLƏR

Ankara: ABŞ təyyarəsi Türkiyə silahı ilə vurulmayıb

2026.04.05, 16:10
Ankara: ABŞ təyyarəsi Türkiyə silahı ilə vurulmayıb

Gunaz.tv

Yayılan iddialara görə, Türkiyənin İrana qabaqcıl hava hücumundan müdafiə silahları və pilotsuz aparat raketləri verdiyi, həmçinin guya vurulduğu deyilən ABŞ-ın F-15 qırıcı təyyarəsinə qarşı Türkiyə istehsalı hava hücumundan müdafiə sistemindən istifadə edildiyi bildirilirdi. Ankara bu iddiaların tamamilə əsassız olduğunu açıqlayıb.

Türkiyənin Rabitə İdarəsi bununla bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir: “Mənbəyi asanlıqla təxmin edilən bu cür yalan iddialar psixoloji müharibə və qara təbliğat çərçivəsində Türkiyənin regional böhranlardakı konstruktiv rolunu və bu ölkənin sülh və diplomatiyaya əsaslanan səylərini gözdən salmağa yönəlib.”

Açıqlamada vurğulanır: “Türkiyə bütün regional proseslərdə sülh və sabitliyin qorunmasına əsaslanan mövqe tutur. Bu cür addımlar ölkənin qlobal səviyyədə əldə etdiyi diplomatik nailiyyətləri hədəfə alır və beynəlxalq ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.”

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar