SON XƏBƏRLƏR

SEPAH “amerikalı pilotun ancaq diş pastasını” tapdı (Foto)

2026.04.06, 17:36
SEPAH “amerikalı pilotun ancaq diş pastasını” tapdı (Foto)

Gunaz.tv

İranın SEPAH-a bağlı Tasnim News Agency agentliyi amerikalı qüvvələrə aid olduğu iddia edilən “aşkar olunmuş diş pastası”nın görüntüsünü yayımlayıb.

Sözügedən şəkil “amerikalı təyyarələrin məhv edilməsi ilə bağlı eksklüziv foto hesabat” başlığı altında təqdim edilən görüntülər paketində dərc olunub.

Bununla yanaşı, ABŞ ordusunun Lockheed C-130 Hercules tipli yanacaqdaşıyan təyyarəni – amerikalı pilotu xilas etmək üçün İran ərazisinə daxil olan vasitəni – SEPAH qüvvələrinin əlinə keçməməsi üçün məhv etdiyi bildirilir.

Rəsmi Tehran isə əksinə, həmin təyyarələrin İran tərəfindən məhv edildiyini və amerikalı pilotun xilas olmadığını iddia edir.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar