SON XƏBƏRLƏR

İran ordusunun hava müdafiə universitetinin komandiri öldürüldü

2026.04.06, 19:18
İran ordusunun hava müdafiə universitetinin komandiri öldürüldü

Gunaz.tv

İran ordusunun hava müdafiə universitetinin komandiri, Məsud Zare İsrail ordusunun hücumları nəticəsində Şahinşəhrdə öldürülüb.

Bu barədə İranın daxili media qurumları məlumat yayıb.

Məlumata görə, Zare “sərtip ikinci” rütbəsinə malik olub. Onun öldürüldüyü vaxt və dəqiq məkan barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Bu hərbi şəxsin öldürülməsi xəbəri İsrail ordusunun bazar ertəsi, 6 aprel tarixində “Telegram” platformasında yaydığı açıqlama fonunda gündəmə gəlib. Açıqlamada bildirilir: “İran rejiminin Tehrandakı terror hədəflərinə qarşı hücum dalğası başa çatdırılıb.”

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar