SON XƏBƏRLƏR

ABŞ minlərlə iranlının vizasını ləğv edəcək

2026.04.07, 16:09
ABŞ minlərlə iranlının vizasını ləğv edəcək

Donald Tramp və Marko Rubio İslam Respublikası ilə əlaqələri səbəbindən üç-dörd min İran vətəndaşının vizasını ləğv etməyi düşünürlər.

Gunaz.tv

Bu barədə Ağ Evin keçmiş siyasi müşaviri və "Foks Niyus"un müxbiri Keti Miller məlumat yayıb.

O, SEPAH komadirlərinin bəzilərinin, yaxın ailə üzvlərinin ABŞ-da yaşadığına diqqət çəkib və bunu ikili standard adlandırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl SEPAH-ın "Qüds" qüvvələrinin keçmş komandiri Qasım Süleymaninin yaxın qohumlarının Amerikada yaşadığını əks etdirən foto və məlumatlar paylaşılıb.

Süleymaninin qızı Zeynəb Süleymani isə o şəxslərlə qohumluqlarının olmadığını iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar