SON XƏBƏRLƏR

İran ilə ABŞ atəşkəs barədə razılığa gəldi

2026.04.08, 04:26
İran ilə ABŞ atəşkəs barədə razılığa gəldi

ABŞ ilə İran və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər.

Gunaz.tv

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.

"Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər",- o bildirib və əlavə edib ki, atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir:

"Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm".

Ş. Şərif qeyd edib ki, "İslamabad Danışıqları" davamlı sülhə nail olmaqda uğur qazanacaq.

ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar