SON XƏBƏRLƏR

Kosta Rika Sepah, Hizbullah, Həmas və husiləri «terror təşkilatları» elan etdi

2026.04.09, 16:12
Kosta Rika Sepah, Hizbullah, Həmas və husiləri «terror təşkilatları» elan etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Kosta Rika İranın ideoloji-hərbi qanadı olan Sepah Pasdaranı, eləcə də İran rejiminin dəstəklədiyi Hizbullah, Həmas və Ənsarullah (husi silahlı dəstələri) qruplarını «terror təşkilatları» kimi tanıyıb.

Kosta Rika hökumətinin yaydığı bəyanata əsasən, bu qərar ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən «mövcud məlumatların araşdırılması və terrorizmə qarşı beynəlxalq öhdəliklərlə uyğunluq çərçivəsində» qəbul edilib.

Kosta Rika bildirib ki, bu qərar «kəşfiyyat qurumlarına və məhkəmə orqanlarına qarşısının alınması, araşdırma və cinayət təqibi sahəsində imkanlarını gücləndirməyə və bu təşkilatlara dəstək verə biləcək mümkün maliyyə və logistika şəbəkələrinə qarşı daha qətiyyətli tədbirlər görməyə» şərait yaradacaq.

Həmçinin qeyd olunub ki, bu addım «bu qrupların ölkə daxilində hər hansı fəaliyyətinin və ya təsirinin qarşısını almaq və əhalinin təhlükəsizliyini, eləcə də demokratik institutların bütövlüyünü qorumaq» məqsədi daşıyır.

Gideon Saar, İsrailin xarici işlər naziri, bu qərarı alqışlayaraq Kosta Rikanın prezidenti Rodrigo Chaves və hökumətini «etik liderliklərinə görə» təbrik edib. O bildirib: «Bu qəti addım İranın dəstəklədiyi terrorizmə qarşı beynəlxalq koalisiyanı gücləndirir.»

Kosta Rika Latın Amerikası ölkələrindən biridir.

Bundan əvvəl Argentina hökuməti də 31 mart tarixində Sepah Pasdaranı «terror təşkilatı» elan etmişdi. Eyni zamanda Argentina İranın müvəqqəti işlər vəkili Məhsen Tehrani-ni «arzuolunmaz şəxs» elan edərək ölkədən çıxarmışdı.

 

GünAzTV
R.G

Argentina SEPAH-ı terror təşkilatları siyahısına saldı

2026.04.01, 09:36

Argentina SEPAH-ı terror təşkilatları siyahısına saldı

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar