SON XƏBƏRLƏR

Türkiyədən İrana 3 TIR tibbi yardım göndərilir

2026.04.09, 16:29
Türkiyədən İrana 3 TIR tibbi yardım göndərilir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Türkiyə Səhiyyə Nazirliyi 3 TIR tibbi avadanlıq və ləvazimatın Ağrı vilayətində yerləşən Gürbulak (Bazargan) sərhəd-keçid məntəqəsi vasitəsilə İrana göndəriləcəyini açıqlayıb.

Nazirliyin bəyanatına əsasən, Ankarada İranın səfiri Məhəmməd Həsən Həbibullahzadə ilə keçirilən görüşdən sonra və müharibə nəticəsində yaranan səhiyyə ehtiyacları nəzərə alınaraq, lazım olan ləvazimatlar İran rəsmiləri ilə koordinasiya şəraitində hazırlanıb.

Bu yardımlar Türkiyənin müxtəlif şəhərlərindəki tibb müəssisələrinin iştirakı ilə toplanıb və 200-dən çox bağlamadan ibarətdir; bağlamalara dərmanlar, sərf materialları və tibbi cihazlar daxildir.

Göndərilən ləvazimatlar arasında radiologiya cihazları, ultrasəs aparatları, ventilyatorlar, elektrokardioqramma cihazları və xəstəxana monitorları kimi həyati əhəmiyyətli avadanlıqlar da yer alır.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan İrana üç humanitar yardım yükü göndərmişdi.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar